Yaxın şərq » Həbs olunmaqdan qorxan Olmert İsrailə dönmür

Sionist İsrail mətbuat-nəşr orqanları, sabiq Baş nazirləri Ehud Olmerdin siyasi-maliyyə sui-istifadə cinayətindən həbs olunmaqdan qorxaraq İsrailə dönmə niyyəti olmadığını bildirdilər.

İsra.Az saytının İsrail KİV-lərinə istinadlı xəbərinə görə, ailəsi ilə birlikdə ABŞ-da məskunlaşan Sionist İsrailin sabiq Baş naziri Ehud Olmert, maliyyə sui-istifadə cinayətindən həbs olunacağından qorxaraq İsrailə dönmək istəmir.

Yəhudi dilində nəşr olunan “Maariv” qəzetinin mövzuyla əlaqədar verdiyi xəbərə görə, Olmerdin belə bir qərar aldığı şərtlərdə, onun və İsrailli bir neçə partiya liderinin milyonlarla dollara çatan siyasi-maliyyə sui-istifadələri sənədləşdirilmişdir.

Maariv qəzeti xəbərinin davamında İsraildə belə bir maliyyə sui-istifadə və rüşvət hadisəsini “daha əvvəl görülməmiş” olaraq qiymətləndirib, İsrailli bəzi tanınmış şəxsiyyətlərin rüşvət qarşılığında qeyri-qanuni inşaata icazə vermə cinayətindən nəzarətə alına biləcəklərini ehtimal etdi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!