Yaxın şərq » Ayətullah Sistanidən partiyalara mesaj

Bu mesajı İraq prezidentinin sözcüsü mətbuata yayıb.

İslam-Azeri.az internet qəzetinin “Yaxın Şərq Xəbər” araşdırma mərkəzinə istinadən verdiyi xəbərə görə Nəcəfdə İraqın ən böyük dini alimlərindən və mərcei təqlid müctehidlərindən olan Ayətullah Seyyid Sistaninin qəbulunda olan İraq prezidenti Cəlal Tələbaninin sözcüsü Fəhri Kərim mətbuat konfransı təşkil edib.

Onun bildirdiyinə görə Ayətullah Seyyid Sistaninin yeni qurulacaq hökümətdə hər bir siyasi qrup və koalisiyadan təmsilçi olmasını İraqın gələcəyi üçün daha düzgün qərardır.

Cəlal Tələbaninin sözcüsü Fəhri Kərim həmçinin Ayətullah Seyyid Sistaninin varlığının önəmli olmasına diqqət çəkərək İraqda sabitliyinin qorunmasında onun böyük roluna diqqət çəkib.

Bu arada İraqın Yüksək Alu Şurasının üzvü Adil Əbdülməhdi açıqlama verərək İraqda baş nazir postuna yiyələnəcək ən real namizədin Cəfər Əs-Sədr uyğun olduğunu bildirib.

Sədr qrupunun sözcüsü Səlah Əl Ubeydi isə Sədr tərəfdarlarının arasında sorğu keçirdiyini və sorğu iştirakçılarının əksəriyyətinin İbrahim Cəfərinin, sonra isə Cəfər Əs-Sədri baş nazir görmək istədiklərini önə çəkib. Onun sözlərinə görə sorğuda 1.4 milyon iraqlı iştirak edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!