Dünyada » Müsəlmanlar üçün şok: siqaretlərdə donuz qanı!

Avstraliyalı alimin araşdırması nəhəng tütün şirkətlətini danışmağa məcbur edəcəkmi?

Sidney Universitetinin professoru Simon Çapman siqaret filtrlərində donuz qanından alınan hemoqlobin maddəsindən istifadə olunduğunu bildirib. Milli.Az xəbər portalı Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, avstraliyalı alimin araşdırması barədə məlumat “Daily Mail” qəzetində dərc olunub. Professor Simon Çapman donuz məhsulları məsələsində həssas olan müsəlman və yəhudilərin xəbərdar edilməsinin vacibliyini qeyd edib.

Professorun sözlərinə görə, siqaret istehsal edən şirkətlər biznes sirrini əsas gətirərək, siqaretlərdə istifadə olunan maddələri açıqlamırlar. Donuzu “haram” hesab edən möminlərin bu xəbərdən məmnun olmayacaqlarını bildirən avstraliyalı alim, tütün sənayesinin üzərinə istifadə etdikləri maddələri açıqlamaq öhdəliyinin qoyulmasını təklif edib.

Sidney Universitetində aparılan araşdırma nəticəsində müəyyən olunub ki, siqaret filtrlərində bir çox qan proteini olan hemoqlobin mövcuddur. Hemoqlobindən filtrlərdən keçən zəhərli maddələrin daha yaxşı süzülməsi üçün istifadə olunur.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!