Yaxın şərq » Sədr referendum tələb edir

İraqın şiə liderlərindən olan Müktəda Sədr bəyan edib ki, ölkənin baş nazirinin müəyyən edilməsi üçün ümummilli referendum keçirilməlidir.

İslam-Azeri.az İnternet qəzetinin Reyters-ə istinadən verdiyi xəbərə görə, bu barədə KİV-ə Sədrin yardımçılarından biri bildirib.

Xatırladaq ki, İraqda keçirilən parlament seçkilərində keçmiş baş nazir İyad Əllavinin başçılıq etdiyi blok qələbə qazanıb - 91 mandat. Hazırki baş nazir Nuri əl-Malikinin tərəfdarları isə parlamentdə 89 nəfərlə təmsil edilə bilərlər.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!