Dünyada » Talibana qarşı əməliyyatlar güclənib

Pakistan ordusu tərəfindən Şimal Vəziristanda Taliban döyüşçülərinə qarşı icra edilən əməliyyatlarda 22 Taliban döyüşçüsü öldürülüb.

İslam-Azeri.az İnternet Qəzetinin "Kanal 7"-ə istinadən verdiyi xəbərə görə,
Pakistan ordusu tərəfindən verilən açıqlamada, "Şimal Vəziristanın Orakzai bölgəsində terroristlərə qarşı təşkil edilən hava hücumunda 16, Forzalhel bölgəsindəki silahlı qarşıdurmada da 6 Taliban döyüşçüsü öldürülmüşdür" deyilib.

Terroristlərin ağır itki verdiyi qeyd edilən açıqlamada, Talibanın əhəmiyyətli bölgələrindən olan Qadranın təhlükəsizlik hərbiçiləri tərəfindən ələ keçirildiyi bildirilib.

Pakistan ordusu, cənub və şimal Vəziristanda son bir həftədə 150-ə yaxın yaraqlını həlak edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!