Orta şərq » Zəmanə övliyalarından olan Hacı Seyid Əhməd Cəbrailin Qumda dəfn mərasimi keçirilmişdir

Bu mərasimdə bir çox mərcəyi-təqlidlər, o cümlədən Ayətullah Vəhid Xorasani, Ayətullah Safi Gülpayiqani, Ayətullah Şirazi və bir çox digər alimlər iştirak edirdilər. Onun mübarək bədənini Qumun “Behişt bağı”nda torpağa tapşırdılar.

Ayətullah Behcətin həmdəmi və dəyərli islam xətibi Hacı Seyid Əhməd Cəbrailin pak bədəni Qum şəhərində torpağa tapşırıldı.

“Xəbəri-maarif” məlumat verir ki, bu xətibin cənazəsi çox sayda Əhli-Beyt (ə) müştaqlarının əlləri üstündə Həzrət Məsumə (ə) hərəminə tərəf aparılmış və Ayətullah Vəhid Xorasani orada namaz qılmışdır.

Bu xətibin cənazə mərasimində Ayətullah Nəzəri Munfərid çıxış etmişdir. Mərasimdə çox sayda mərcələr, Ayətullah Gülpayiqaninin oğlu və minlərlə insan iştirak edirdi.

Qeyd etmək lazımdır ki, Hüccətil İslam Cəbrail görkəmli bir xətib idi. İllər boyu Əba Əbdullah Hüseyn (ə) və Əmirəl-möminin (ə) hərəmində minbərə çıxmış və insanları Məsumların (ə) pak həyatları və əxlaqları ilə tanış etmişdir. O, Ayətullah Behcətin dəvəti ilə Quma yollanmışdır. Qum məscidlərində Əhli-Beyt (ə) haqda hədislər söyləməyə başlamışdır.

Bu ali məqamlı alim 50 gün komada qaldıqdan sonra dünyasını dəyişmişdir.

/Deyerler.org/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!