Dünyada » Nyu-Yorkda minarələrə qadağa qoyuldu

Nyu-Yorkun İnşaat Departamenti 4 mərtəbəli məscidin minarələrinin tikintisinə qadağa qoyub.

İslam-Azeri.az İnternet qəzetinin islamnews.ru saytına istinadən verdiyi xəbərə görə, qərar Nyu-Yorkun müsəlman icmasının qəzəbinə səbəb olub. Bruklinin müsəlman icmasından bildiriblər ki, Departamentin sözügedən qərarı bir daha sübut etdi ki, amerikalılar müsəlmanlarla tolerantlıq standartlarıyla davrana bilmirlər.

İri məscidin və sosial mərkəzin inşası layihəsi hələ ötən ilin iyulunda şəhər rəhbərliyinə təklif edilmişdi. Lakin məscidin tikintisinə icazə verilsə də, minarələr ABŞ rəsmilərinin qəzəbinə tuş gəliblər.

Maraqlıdır ki, minarələrin əleyhidarları yalnız şəhər rəhbərliyində yer almırlar. Sadə Nyu-York sakinləri də bu inşanın baş tutmamasını arzu edirlər. Bir qrup fəal isə hətta şəhərin küçələrini dolaşaraq, sakinlər arasında vərəqələr yayır. Mətndə bildirilir ki, İslam, Amerika mədəniyyətinə ziddir və onun tərkib hissəsi kimi qəbul edilə bilməz.

Aparılan son tədqiqatlar göstərib ki, sayı 7 miloyn təşkil edən ABŞ müsəlmanları Amerikada ən ciddi təzyiqlərə məruz qalan dini qrupdur.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!