Yaxın şərq » Fələstin xalqı Şeyx Əhməd Yasini həsrətlə anır

İslami Cihad liderlərindən olan İbrahim ən Nəccar, Fələstin xalqının bu gün Şeyx Əhməd Yasinə hər zamankindən daha çox möhtac olduğunu söylədi.

İsra.Az saytının İsraxəbərə istinadlı xəbərinə görə, İslami Cihad liderlərindən olan İbrahim ən Nəccar, Həmasın ruhani lideri Şeyx Əhməd Yasinin şəhadətinin altıncı ili münasibətiylə verdiyi açıqlamada “Xalqımız müqavimətçi və vəhdət tərəfdarı Şeyx Yasini rəhmətlə anmaqdadır” – dedi.

Şeyx Əhməd Yasinin milli mövqeyinin hələ Fələstinlilərin xatirəsində olduğunu ifadə edən ən Nəccar, “Biz bu gün, başda Şeyx Əhməd Yasin olmaqla şəhid liderlərimizin yoluna bağlı qalmağa hər zamankindən daha çox möhtacıq. Onlara verdiyimiz sözə sadiq qalmaq və ümmətin liderlərinin gözləri qarşısında hücuma uğrayan müqəddəsatımızı müdafiə edə bilmək üçün şəhid liderlərimizin yoluna bağlı qalmalıyıq” – dedi.

Şeyx Əhməd Yasinin xalqı təşkilatlandıraraq işğalçıya qarşı mübarizəyə çağırdığını qeyd edən ən Nəccar “Şeyx Yasin, müqavimətə bağlılığını təmiz qanıyla ödədi və şəhid oldu” – dedi.

Şeyx Əhməd Yasinin, Fələstin xalqının hamısını qucaqlaya bildiyini ifadə edən ən Nəccar, Fələstin xalqının belə bir dövrdə Şeyx Yasin kimi vəhdət tərəfdarı olan bir liderə möhtac olduğunu sözlərinə əlavə etdi.

Şeyx Əhməd Yasin, 22 Mart 2004-cü il tarixində, səhər namazından sonra, təkərli arabasını hədəf alan roket hücumu nəticəsində şəhid olmuşdu.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!