Analitika və müsahibə » Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində «Qaynar xətt» yaradılıb
Əhali bundan sonra qurumun fəaliyyət istiqamətini əhatə edən bütün sahələrdə hər hansı problemlə rastlaşdıqda «Qaynar xətt»ə müraciət edə bilərDini Qurumlarla İş üzrə Dövlət Komitəsində «Qaynar xətt» sistemi yaradılıb. Qurumdan ANSPRESS-ə verilən məlumata görə, məqsəd Azərbaycanda dini etiqad azadlığının təmin olunması ilə əlaqədar məsələləri operativ həll etmək, Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının reallaşdırılmasıdır. Əhali bundan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətini əhatə edən bütün sahələrdə hər hansı problem, hüquq və qanun pozuntusu ilə rastlaşdıqda «Qaynar xətt»ə müraciət edə bilər: Bakı şəhəri, Əhməd Cavad küçəsi, 12 Tel. : 437-31-15, 492-58-29 E-mail: qaynar_xett@scwra.gov.az. /ANSPRESS/