Dünyada » Fələstinli 1000 mücahid Hizbullah ordusuna qoşuldu

İsra.az internet qəzetinin İsra informasiya agentliyinə istinadən verdiyi xəbərə əsasən İsrail kəşfiyyat qaynaqları, təxminən 1000 nəfər Fəthlinin Hizbullaha qoşulduğunu bildirdi.

İsrail kəşfiyyat qaynaqlarının bildirdiyinə görə Livanın Ayn Əl Halva mühacir düşərgəsində qalan 1000 Fələstinli, Fəth Hərakatından ayrılaraq silahlarıyla birlikdə Hizbullah ordusuna qoşuldu.

İsrailə görə 1000 döyüşçünün Hizbullaha keçməsi, İranın Fəth Hərəkatı içərisindəki nüfuzunun bir nəticəsidir. Yenə İsrail qaynaqlarına görə Fəthlilərin Hizbullaha qatılması, Hizbullahın bölgədəki gücünü %15 daha artırdı.

Qaynaqlar, 1000 Fəthliyə bundan sonra General Munir Migdahanın komandanlığı altında olacağı bildirildi.

Livandakı Fəthli döyüşçülərin sayının 5000 olduğu bilinir. Fəthdən bu son qopmanın, Fəth hərəkatı içərisində böyük bir ayrılıq yaradacağı və Fəthə vurulmuş ağır bir zərbə şəklində şərh olunur.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!