Dünyada » İslam dini fərdi çıxarlar üçün istifadə edilir

Pakistan Dövlət Başçısı Asif Əli Zərdari belə deyib.

Pakistan Ədəbiyyat Akademiyası tərəfindən, Zərdarinin himayəsində dünən paytaxt İslamabadda təşkil edilən "Təsəvvüf və sülh" mövzulu konfransda 31 ölkədən 82 alim, yazar və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri bir araya gəliblər.

Konfransın açılış nitqini edən Zərdari, "Müqəddəs İslam dini fərdi çıxarlar üçün silah olaraq istifadə edilir" deyib.

Ölkəsinin və İslam dünyasının dinin istismarına istiqamətli problemlərlə qarşı qarşı olduğunu ifadə edən Zərdari, terrorun öhdəsindən gəlinəcəyinə olan inancını ifadə edib: "Keçmişdə din adı altında əkilən nifrət toxumlarını indi terrorizm və ayrı-seçkilikçilik olaraq biçirik. Bizlər ən son və ən gözəl din olan İslamın mənsublarıyıq. İslam dini mənsublarına barış, anlayış, uyğunlaşma və ən əhəmiyyətlisi fərdlər və cəmiyyətlər arası sevginin təsisinin təmin edilməsini əmr edir. İslam ideologiyasıyalnız müsəlmanların deyil, digər din mənsublarının da Allaha yaxınlaşmalarına vəsilə olmuşdur."

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!