Dünyada » Hz. Məhəmmədin nəslindən olan seyidlər Danimarkanı məhkəməyə verir

Hz. Məhəmmədin (ə.s.) nəslinin davanmçıları İslam peyğəmbərini təhqir edən karikaturalara görə Danimarka qəzetlərini İngiltərədə məhkəməyə verməyə hazırlaşır. ANS PRESS “Risalehaber”ə istinadən xəbər verir ki, seyidləri təmsil edən Faysal Yamani adlı vəkilin belə bir bəyanatla çıxış etməsi Danimarka hökumətini təşvişə salıb. Bu təşvişə səbəb isə İngiltərə məhkəmələrinin təhqir şikayətlərində bir qayda olaraq zərərçəkmişin lehinə qərar verməsidir.

Bu barədə açıqlama verən Danimarka Ədliyyə naziri Lars Barfoed Danimarka qəzetlərinin İngiltərə məhkəmələrində mühakimə olunmasının doğru olmadığını deyib. “Belə bir mühakimə prosesinin başlaması söz azadlığına məhdudiyyət qoyulması baxımından atılmış çirkin bir addımdır”. Nazir Avropa Komissiyasını bu vəziyyətə müdaxilə etməyə çağırıb. O bu məqsədlə Komissiyaya rəsmi müraciət edəcək.

Qeyd edək ki, bir müddət əvvəl seyidlərin nümayəndəsi Faysal Yamani Danimarkanın böyük qəzetlərindən biri olan “Politiken” ilə görüşmüş və onun karikaturalara görə müsəlmanlardan üzr istəməsini təmin etmişdi.

Qəzet manşetində yazdığı xəbərdə heç bir qərəzinin olmadığını bildirib: “”Politiken” karikaturaları xəbər məqsədi ilə nəşr edib və bu zaman müsəlmanları incitmək kimi bir məqsədi olmayıb. Ancaq bu karikaturaların “Politiken”də yayılmasına görə Danimarkada və dünyada yaşayan müsəlmanlardan üzr istəyirik”.

Bununla kifayətlənməyən Yamani karikaturaları dərc edən bütün qəzetlərdən üzr gözlədiklərini deyib: “Əks təqdirdə digər qəzetlər uzun müddət davam edəcək və bahalı bir məhkəmə prosesinə hazır olsunlar”.

ANS PRESS

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!