Yaxın şərq » HƏMAS liderləri Qüdsdə yaralandılar

Bu gün Qüdsdə İslam mücahidləri və sionist hərbçiləri arasında baş vermiş toqquşmalarda İsrail əsgərlərinin yaraladığı qüdslülər arasında İslami Hərəkatın liderləri də var.

İslam-Azeri.az İnternet qəzetinin “İsra” İA-ya istinadən verdiyi xəbərə görə, bunlar HƏMAS lideri Şeyx Raid Salahın köməkçisi Şeyx Kamal Natiq, İslami Hərəkatın Spikeri Zahi Nacidat və HƏMASın Məscidi Əqsa üzrə məsulu Əli Əbu Şeyxədir.

Natiq, İsrail əsgərlərinin atdığı bir səs bombasının ayağına tuş gəlməsi nəticəsində yaralandı. Bundan sonra sionistlər Natiqi öldürmək istəmişlər. Qarşıdurma əsnasında İsrail əsgərləri Natiqə işarə edərək “Öldürəcəyimiz adam o” deyərək, bağırıblar.

Şeyx Kamal Natiq keçirdiyi mətbuat konfransında deyib: “Bu gün Allahın günlərindən bir gün idi. Əlhamdulillah! İslami Hərəkatdakı gənclərimiz Əqsadan yüksələn səsə cavab verdilər. Biz, onlarla qürur duyuruq. Bu birlik yəhudilərin Məscidi Əqsanı murdarlamalarına mane oldu.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!