Dünyada » İslam əleyhinə plakatlara qadağa

Bu barədə Fransa məhkəməsi qərar verib. Türkiyə mətbuatının məlumatına görə, qatı sağçı Milli Cəbhə partiyasının lideri Jean-Marie Le Pen bələdiyyə seçkiləri çərcivəsində apardığı kampaniyasında "İslamlaşmaya yox" yazılı afişalardan istifadə edə bilməyəcək.

Marsilya məhkəməsi plakatla bağlı şikayət edən iqrçiliklə mübarizə dərnəklərinin şikayətini təmin edib. Məhkəmə plakatın "bir milləti, qadınları və bir dinə inanları alçatdığı" qənaətinə gəlib.
Qərara görə, afişaların çıxarılmadığı hər gün ərzində partiya 500 avro pul cəriməsi ödəyəcək.

Xatırladaq ki, afişada çarşaflı bir qadın ilə Əlcəzair bayrağı ilə boyanmış və minarə rəsmi olan Fransa xəritəsi təsvir edilib. Xəritənin üzərində isə "İslamlaşmaya yox" şüarı yazılıb. Plakatda Əlcəzair bayrağından istifadə edilməsi isə iki ölkə arasında gərginlik yaradıb. Əlcəzair Xarici İşlər Nazirliyi afişa ilə bağlı etirazını bildirmişdi.
ANS

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!