Yaxın şərq » Həmas: “İslam ümməti, Məscidül Əqsanı müdafiə etməkdə acizdir!”

Həmas liderlərindən olan Dr. İsmayıl Rıdvan, bu gün Cümə namazı xütbəsində İslam ümmətinə çox sərt mesajlar göndərdi.

Həmas liderlərindən olan Dr. İsmayıl Rıdvan, bu gün Cümə namazı xütbəsində İslam ümmətinə çox sərt mesajlar göndərdi.

İsra.Az saytının İsraxəbərə istinadlı xəbərinə görə, Məscidül Əqsada artan təhlükəyə baxmayaraq bütün dünya müsəlmanların səssiz qalmasına reaksiya verən Rıdvan, “Müsəlmanlar və ərəblər, Məscidül Əqsaya əhəmiyyət vermədikləri an, Sionistlər Məscidül Əqsaya hücum etmək üçün cəsarət tapdılar. İslam ümməti, Məscidül Əqsanı müdafiə etməkdən aciz qaldı.. Vay ümmətin halına..” dedi.

Yəhudi məskunlaşmaçıların başına bir şey gəldiyi zaman dərhal hərəkətə keçildiyini xatırladan Dr. Rıdvan “Ümmət, Axirətdə Allaha necə hesab verəcək? Hər kəs Allahın rəhmətini diləyərkən sabah nə deyəcəksiniz?” -deyə soruşdu.

İslam dünyasındakı alimlərin də səssiz qaldığını ifadə edən Dr. Rıdvan “Alimlərin oynayacağı rol haradadır?” -dedi.

Səlahaddin Əyyubinin əsir olan Məscidül Əqsanı qurtarmaq üçün hərəkətə keçdiyini xatırladan Dr. Rıdvan “Məscidül Əqsa əsirkən, işğalçıya qapılarını və torpaqlarını açan, diplomatik əlaqələr quran lakin Məscidül Əqsa üçün hərəkətə keçməyən ümmətin halı necədir? Sionistlər Məscidül Əqsaya hücum edir, amma ümmət hərəkətə keçmir. Məscidül Əqsa, ümmətə qışqırdı. Qüdsün qadınları və uşaqları qışqırdı. Lakin çox təəssüf ki qulaqlar tıxalı” -deyə danışdı.

Xütbəsinin davamında Dr. Rıdvan, İsraillə qurulan müzakirələrin, Məscidül Əqsaya təşkil edilən hücumları və açılan yeni məskunlaşma mərkəzlərinin üstünü örtbas etdiyini söylədi.

Dr. Rıdvan, hər cür təzyiqə baxmayaraq Məscidül Əqsanı müdafiə etməyə davam edəcəklərini söylədi. Dr. Rıdvan “Biz, Məscidül Əqsa üçün, ən qiymətli şeylərimizi fəda etdik. Bundan sonra da birinci qibləmizi müdafiə etməkdən geri dayanmayacağıq” -dedi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!