Dünyada » Pakistanda terror

Pakistanın Lahor şəhərində terror aktları törədilib.

İslam-Azeri.az İnternet qəzetinin Reyters-ə istinadən verdiyi xəbərə görə, iki partladıcı qurğu Lahorun ticarət mərkəzində və hərbi hissə yaxınlığında işə salınıb.

Terror nəticəsində ən azından 20 nəfər həlak olub, daha 26 nəfər isə yaralanıb.

Polisdən bildiriblər ki, partlayışlar kamikadzelər tərəfindən törədilib.

Terrorun qurbanlarının sayının artacağı istisna edilmir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!