Orta şərq » İslami İrandan Fars Körfəzi mövzusunda xəbərdarlıq

Cümə axşamı günü etdiyi açıqlamasında İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad, Fars Körfəzində problem çıxarmaq istəyən güclərə xəbərdarlıq etdi.

Cümə axşamı günü etdiyi açıqlamasında İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad, Fars Körfəzində problem çıxarmaq istəyən güclərə xəbərdarlıq etdi.

Əhmədinejad, İranın Fars Körfəzində özlərinə qarşı problem çıxarmaq istəyən güclərə icazə verməyəcəyini ifadə edərək, əgər bölgədə bir hər hansı bir problem haqqında bir həll axtarılması lazımdırsa bunu öz əlləriylə etmələri lazım olduğunu ifadə etdi.

Əhmədinejad, ABŞ və işbirlikçilərinin 11 Sentyabr hücumlarını hiyləgərcə planlayaraq 9 il əvvəl Əfqanıstan torpaqlarını işğal etdiyinə diqqət çəkdi və eyni ssenarinin Fars Körfəzində olmasına icazə verməyəcəklərini əlavə etdi.

Başlanğıcda narkotik qaçaqçılığı və terrorizm bəhanələri ilə ön plana çıxarılan müdaxilə daha sonra şəkil dəyişdirdiyini ifadə edən Əhmədinejad, Terrorist Riginin tutulmasını istinad göstərərək “dünya İranlıların terrorla necə mübarizə etdiklərini görməlidir” dedi.

Xatırladaq ki, Rigi, beynəlxalq güclər tərəfindən dəstəklənildiyini, maddi və mənəvi olaraq arxasında böyük güclərin olduğunu qəbul etmişdi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!