Yaxın şərq » Şeyx Naim: Silahsızlanma Livanın xeyirinə deyil
Şeyx Naim

Livan İslami Müqavimət Hərəkatı Hizbullahın Baş Katibi muavini Şeyx Naim etdiyi açıqlamada, Sionist İsrail ilə Fələstin rəhbərliyinin reallaşdırmağa çalışdığı görüşmələrin, Fələstinlilərin faydasından çox İsrailin yeni məskunlaşma yerləri üçün zaman qazanma müddəti olaraq qiymətləndirdi.

Baalbeckdə təşkil edilən bir mərasimdə düşüncələrini ifadə edən Şeyx Naim, azğın və səhv görüşlərin Livan siyasətinə tətbiq olunması ilə Livanın əhəmiyyətli mənada zəiflədiyini və İslami müqavimət ilə bu zəifliyin təkrar gücləndirdiyini sözlərinə əlavə etdi.

İsrail təhdidlərinə qarşı Hizbullahın ən əhəmiyyətli güc olduğunu ifadə edən Şeyx Naim, bu müqavimətin gücünü Livan xalqından aldığını ifadə etdi.

Mərasimdə çıxış edən Hizbullah Naziri Məhəmməd Fneiş, Livanın Hizbullahdan diplomatik müvəffəqiyyəti qədər əsgəri müvəffəqiyyətlərindən də faydalandığını vurğuladı.

Fneiş bildirib ki, keçən ay Suriya Dövlət Başçısı Bəşar Əsad, İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad və Hizbullah Baş katibi Seyid Həsən Nəsrullah arasında Suriyada reallaşdırılan yığıncağın İsrailə açıq bir mesaj idi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!