Dünyada » Ərəbistanın 50-dən çox Əhli-Beyt (ə) alimi müsəlmanlar arasında vəhdət yaratmaq haqda bəyanat vermişlər

Əziz Peyğəmbərin (s) mövlud günlərində Ərəbistanın 50-dən çox Əhli-Beyt (ə) alimi müsəlmanları vəhdətə dəvət edən bəyanat vermişdirlər. Onlar bu günü təbrik etmiş və demişdilər: “İstər Əhli-Beyt (ə) davamçıları və istərsə də Əhli təsənnün davamçıları arasında mehriban bir fəza yaratmaq lazımdır”.

Bu bəyanatda deyilir: “Müsəlmanlar arasında ictihad münaqişələri mövcuddur. Bu təbii bir məsələdir ki, müxtəlifliyi göstərir. Bu məsələ müsəlmanlar arasında ayrılığa səbəb olmamalıdır. Sülh və ictimai təhlükəsizlik yolu, ayrı-seçkiliyi aradan qaldırmaq və dini vacibatları həyata keçirtməklə açılacaqdır”.
Qətifin keçmiş məhkəmə hakimi Şeyx Muhəmməd Əl-Abidin, Seyid Həsən Nəmər Musəvi, Munir Əl-Xəbaz, Şeyx Muhəmməd Həsən Əl-Həbib və Şeyx Əbdulkərim Əl-Həbil bəyanatı imzalayan alimlərin siyahısında idilər.

Qeyd etmək lazımdır ki, Ərəbistanın Əhli-Beyt (ə) davamçıları və Əhli-təsənnün davamçıları illər boyu bir-biri ilə məzhəbi müzakirələr aparıblar.

/Deyerler.org/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!