Yaxın şərq » Qəzza Embarqosunun Səbəbi...

İslami Cihad Hərəkətinin qadın qolları, İsrailin Fələstindəki müqəddəsatı hədəf alan hücumları və Fələstin rəhbərliyinin İsraillə müzakirələrə başlamasını etiraz etmək üçün dünən Qəzzada gediş təşkil etdi.

İslami Cihad Hərəkətinin qadın qolları, İsrailin Fələstindəki müqəddəsatı hədəf alan hücumları və Fələstin rəhbərliyinin İsraillə müzakirələrə başlamasını etiraz etmək üçün dünən Qəzzada gediş təşkil etdi.

Gediş əsnasında bir danışma edən İslami Cihadın Qəzzədəki liderlərindən Məhəmməd Əl Hindi, Ərəb Birliyinin müzakirələrə başlama qərarının, İsrail tərəfindən Qüdsdəki yeni məskunlaşma mərkəzləri qərarıyla qəbul etdiyini söylədi.

Əl Hindi, Ərəb Birliyinin İsraillə müzakirələrə başlama qərarıyla Fələstin müqavimətinə və Məscidi Əqsada keşik tutan Qüdslülərə xəyanət etdiyini ifadə etdi. 

İsrailin Fələstinlə davam etdirdiyi müzakirələrlə, davam edən məskunlaşma mərkəzi inşaatlarının üstünü örtbas etdiyini ifadə edən Əl Hindi "Müzakirələrə ümid bağlayanlar bilməli ki, müzakirələr Fələstin xalqının ağrılarını artıracaq, Qüdsün yəhudiləşdirilməsinə və məskunlaşma mərkəzləri inşasına davam ediləcək" dedi. 

Qəzza xalqı üzərindəki embarqoya toxunan Əl Hindi "Qəzza xalqı üzərindəki İsrail embarqosu davam edir. Çünki ərəblər, embarqonun davam etməsini istəyir" dedi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!