Dünyada » Məscidül-Əqsa İmamı: “Qazma işləri Məscidül Əqsanı çökdürür”

Şeyx Səlamə, Misirdə dünən verdiyi mətbuat açıqlamasında, Məscidül Əqsanın altında və ətrafında davam edən qazıntıların, Məscidül Əqsanın çökməsinə yol aça biləcəyini söylədi.

İsra.Az saytının İsrahaber`ə istinadlı xəbərinə görə, Məscidül Əqsa və Qüdsü qurtarmaq üçün ümməti hərəkətə keçməyə çağıran Şeyx Səlamə, fələstinlilər də də ixtilafları bir kənara buraxaraq Məscidül Əqsanı yıxma cəhdlərinə qarşı mübarizə etməyə çağırdı.

İsrailin son altı ay içərisində Qüdsdəki İslami əsərlərin Yəhudiləşdirilməsinə sürət verdiyini ifadə edən Şeyx Səlamə, “İsrail hökuməti, Yəhudi təşkilatların nizamlı bir şəkildə İslami əsərləri Yəhudiləşdirməsinə icazə verir. İsrail, Məscidül Əqsanı da əvvəlcə ikiyə bölməni sonra da yıxmağı planlayır.”

İsrailin yalnız Yəhudilərdən ibarət olan böyük bir Qüds şəhəri qərargahı hədəflədiyini ifadə edən Şeyx Səlamə, şəhərdəki demoqrafik quruluşun dəyişməsi üçün Qüdslüləri evlərindən qovduğunu, 600 iqamətgahdan ibarət olan yeni məskunlaşma mərkəzi tikmə hazırlıqlarını davam etdirdiyini söylədi.

İsrailin Qüdsdə Yəhudiləşdirmə işlərinə sürət verdiyini ifadə edən Şeyx Səlamə, İsralli liderlərin “Qüds, Müsəlmanlarda üçüncü sırada gəlir” şəklindəki açıqlamalarda reaksiya verdi. Şeyx Səlamə “Müsəlmanların Qüdslə olan əlaqəsi, keçici deyil əqaididir” dedi.

Şeyx Səlamə “Məscidül Əqsa, Məscidül Haramın əkiz qardaşıdır. Əgər müsəlmanlar, Məscidül Əqsanı laqeydlik etsə, Məscidül Haramı laqeyd yanaşmış olar. Çünki, Nəbi (s.a.a.s) “Üç məsciddən başqa bir yerə (ibadət və ziyarət etmək üçün) xüsusi olaraq səfər edilməz; Məscidül Haram, Məscidül Əqsa və Mənim Məscidim” buyurmuşdur” -dedi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!