Orta şərq » Tehranda bina çöküb, ölən və yaralananlar var

İranın paytaxtı Tehranda yaşayış binasının çökməsi nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb. Bu barədə Trend News İranın İSNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən, hadisə ötən gün günortadan sonra Tehranın Sadiqiyyə meydanında yerləşən üçmərtəbəli binada baş verib. Binanın çökməsi nəticəsində dağıntılar altında 11 nəfər qalıb ki, onlardan bir nəfər – 58 yaşlı “Nahid – F.” adlı şəxs ölüb.

Hadisə yerində üç yanğınsöndürmə briqadası 4 saat xilasetmə işləri aparıb. Xəsarət alanlar Tehranın “təcili tibbi yardım” mərkəzi xəstəxanasına çatdırılıb. Onların vəziyyəti qənaətbəxşdir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!