Orta şərq » Əhmədinecad: “11 Sentyabr böyük bir uydurmadır”

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinecad, 11 Sentyabr hücumlarının, ABŞ-ın terrorizmə qarşı döyüşünü qanuniləşdirmək üçün istifadə etdiyi “böyük bir uydurma” olduğunu irəli sürdü.

İran rəsmi xəbər agentliyi İRNA-nın xəbərinə görə, Əhmədinecad İran Kəşfiyyat Nazirliyi işçilərinə etdiyi çıxışda, 11 Sentyabr hücumunda Əkiz Qüllələrin çökməsini “kompleks bir kəşfiyyat ssenarisi və hərəkəti” olaraq xarakterizə etdi.

Əhmədinecad, “11 Sentyabr hadisəsi terrorizmə qarşı kampaniya üçün bir bəhanə və Əfqanıstana qarşı döyüşün hazırlığı olaraq istifadə edilən böyük bir uydurmadır” -deyə vurğuladı.

Əhmədinecad Yanvar ayındakı çıxışında da 11 Sentyabr hücumlarını “şübhəli” olaraq xarakterizə etmişdi.

İsra.Az

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!