Dünyada » Sərhəddə 30-a yaxın Taliban yaraqlısı öldürülüb

Pakistanın Əfqanıstanla sərhədində 30-a yaxın Taliban yaraqlısı öldürülüb. Pakistan rəsmiləri bildirib ki, toqquşmada 1 əsgər ölüb, 4-ü yaralanıb

Bu insidentdən iki gün əvvəl Pakistan rəhbərliyi iki ilə yaxın davam edən döyüşdən sonra Bacaur regionunu Taliban və «əl-Qaidə» yaraqlılarından təmizlədiyini açıqlamışdı. Bu arada Hərbi sərhəd polisi isə Kohat qarnizonu yaxınlığında bir həftə ərzində 38 yaraqlını öldürdüyünü və 18-ni həbs etdiyini bildirib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!