Yaxın şərq » Şeyx Nəbil : Hizbullah, vəhdətlə düşmənini narahat edir
Şeyx Nəbil

İsra.az internet qəzetinin İsraHaber-ə istinadən verdiyi xəbərə əsasən Hizbullah, İsrail və Amerikaya qarşı, Livan içərisində təmin etdiyi birlik və vəhdətlə düşmənini narahat edir.

Livan İslami Müqaviməti Hizbullahın cənub Livan nümayəndəsi Şeyx Nəbil Qauq, Bustan, Mirvaheyn və Barin kəndlərindən gələn bir heyəti qəbulunda, “İşğal altındakı Fələstin sərhədində yaşayan xalqımız, fərqli məzhəbdən olsalar da düşmən İsrailə qarşı mübarizədə Fələstin müqavimətinin yanındadırlar. Bu kəndlərdəki müqavimətinin dəstəklənilməsi milli bir vəzifədir. Cənubun güclü olması, paytaxt Beyrutun, bütün Livanın güclü olması deməkdir. Livanın qüruru və suverenliyinin qorunması üçün hökumət, bu kəndləri gücləndirməlidir. Çünki cənub, qələbə qazanmaqda keçiş nöqtəmizdir” dedi.

Şeyx Nəbil, danışmasını belə davam etdirdi: “İsrailin hücumlarına misliylə cavab vermə üzərinə qurulan müqavimətin yeni tənliyi, vətən üçün yeni bir qələbə reallaşdırdı, İsraili qorxutdu, düşmənin Livana hücum etmə ehtimalını uzaqlaşdırdı.”

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!