Dünyada » Türkiyə ya erməni lobbisi?

Sabah Ağ ev Türkiyə və erməni lobbisi arasında seçim etməlidir. Çünki martın 4-də Birləşmiş Ştatlar Konqresinin Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı iddia müzakirəyə çıxarılacaq. Artıq türk nümayəndə heyəti ilə yanaşı Ermənistan parlamentariləri də Vaşinqtondadır. Qeyd edək ki, uydurma “erməni soyqırımı”nın ildönümü kimi qəbul edilən aprelin 24-dən əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da Vaşinqtona səfər edəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə parlamentinin nümayəndələri Konqres üzvlərinə rəsmi Ankaranın məsələ ilə bağlı mövqeyini bir daha xatırladıb. Nümayəndə heyətinə rəhbərlik edən Murad Mərcan bildirib ki, layihənin müzakirəsi Birləşmiş Ştatların və Türkiyənin maraqlarına xidmət etmir. Dövlət departamentinin sözçüsü Filip Krouli isə keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyə ilə Ermənistan keçmişə yox, irəliyə baxmalıdır: “Mən ABŞ-ın Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin normallaşmasıyla nəticələnəcəyinə ümid etdiyi mövcud prosesi dəstəkləyirəm”.

Bu arada ABŞ-da müdafiə, hava və kosmos sənayesi sahəsində ixtisaslaşan aparıcı şirkətlər Konqresdə qondarma “erməni soyqırımı” qətnaməsinin müzakirəsi ilə bağlı xəbərdarlıq edib. Onlar Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Hovard Bermana məktub göndərərək sənədin qəbul ediləcəyi təqdirdə Amerika və Türkiyə arasındakı münasibətlərin korlanacağını bəyan edib. Məktubda vurğulanıb ki, Amerika Müdafiə və Kosmos Sənayesi Türkiyəyə keçən il 7 milyard dolları dəyərində mal ixrac edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!