Dünyada » Əfqanistanda daha 6 NATO əsgəri ölüb

NATO-nun Əfqanıstanda başladığı böyük əməliyyatdan sonra daha 6 əsgəri öldürüldü

“Birlik”İnformasiya Agentliyinin türk mənbələrinə istinadən verdiyi xəbərə əsasən Əfqanıstanın şərqində, qərbində və cənubunda təşkil edilmiş hücum və partlayışlarda biri İngilis olmaqla cəmi 6 NATO əsgəri həyatını itirdi.
Əfqanıstanda dünən 6 NATO əsgərinin müxtəlif hücumlarda öldüyü bildirildi. Beynəlxalq Təhlükəsizlik Dəstək Gücü (ISAF) və Londondan bu gün verilən xəbərdə biri İngilis olmaqla cəmi 6 əsgərin, ölkənin şərqində, qərbində və cənubunda təşkil edilmiş hücum və partlayışlarda həyatını itirdiyi ifadə edildi. Beləcə il başından bu yana Əfqanıstanda ölən xarici əsgərlərin sayının 107-ə çatdığı öyrənildi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!