Orta şərq » Ayətullah Seyyid Əli Xamenei Qərbə xəbərdarlıq etdi
Ayətullah Seyyid Əli Xamenei

İranın nüvə proqramı MAQATE-nin Vyanada keçiriləcək bugünki iclasında prioritet məsələ olacaq.

Bu ərəfədə dini lider Ayətullah Əli Xamenei növbəti dəfə Vaşinqton və Təl-Əvivin ünvanına kəskin ittihamlarla çıxış edib. O, İranın Daxili İşlər Nazirliyinin əməkdaşları ilə görüşündə çıxışı zamanı bəyan edib ki, “ABŞ və İsrail rejimi dünyada cinayətlər törədir, məzlum xalqlara zülm edir. Bu dövlətlər insan hüquqlarından danışsa da, heç vaxt buna əməl etmir”. Seyyid Əli Xamenei, Qərb ölkələrinə xəbərdarlıq da edib.

“İslam Respublikası ona göstərilən təzyiqlərə baxmayaraq nüvə tədqiqatlarında nəzərə çarpacaq uğurlar əldə edib. Bir sıra dövlətlərin, xüsusilə ABŞ, Britaniya və sionist rejiminin nüvə fəaliyyəti ətrafında yaratdıqları hay-küyə baxmayaraq, bu tədqiqatlar davam etdiriləcək. Onlar İranın texnologiya və elm sahəsində kifayət qədər uğura nail olmasına qədər davam etdiriləcək”, - deyə o bildirib.

Çıxışı zamanı Ayətullah Əli Xamenei eyni zamanda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi də tənqid edib.

Xatırladaq ki, ötən ay MAQATE təqdim etdiyi hesabatında İranı Qum şəhəri yaxınlığında nüvə obyekti tikməsinə görə, mühakimə edib. Bir müddət əvvəl isə agentlik İranın nüvə proqramının dinc mahiyyət daşımasına şübhə ilə yanaşdığını bildirib. Ayətullah Əli Xameneinin sözlərinə görə, agentliyin bəzi son addımları və hesabatları bu beynəlxalq təşkilatın kifayət qədər müstəqil olmadığını göstərir. Ali dini liderin sözlərinə görə, MAQATE Birləşmiş Ştatlar və digər dövlətlərin təsirinə düşməməlidir. (ANS)

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!