Dünyada » Əfqanlar amerikalılara "qan uddurur"

Sözügedən ölkədə daha 3 ABŞ hərbçisi qətlə yetirilib

Əfqanıstanın cənubunda 3 Amerika hərbçisi qətlə yetirilib. Bu barədə NATO nümayəndələrinin məlumatında bildirilir.

Lakin söhbətin NATO-nun Gilmənd vilayətinin Mərca şəhərində apardığı əməliyyatlar zamanı ölənlərdən və ya Cənubi Əfqanıstan vilayəti Qəndəharda partlayış nəticəsində qətlə yetirilənlərdən getdiyi məlum deyil.

Xatırladaq ki, şənbə gününə keçən gecə Amerikanın 4000 min dəniz piyadası və Əfqanıstan hökumət qoşunlarının 1500 hərbçisi taliblərə qarşı 2001-ci ildən buyana ən iri əməliyyatlara başlayıb. /anspress/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!