Analitika və müsahibə » Amerikalı hərbi ekspert: "İranın nüvə silahına sahib olması ABŞ-ın xeyrinədir"

"Bu vəziyyət Yaxın Şərqdə ABŞ-ın nüfuzunun yenidən doğuşuna işarədir"

"Bu vəziyyət Yaxın Şərqdə ABŞ-ın nüfuzunun yenidən doğuşuna işarədir"

Bir çoxları bu fikirdədir ki, İranın nüvə silahına sahib olması ABŞ üçün təhlükə olacaq. Amma Vaşinqton bu vəziyyətdən faydalana bilsə, Amerika Yaxış Şərqdəki gücünü yenidən qaytara bilər. ABŞ Hərbi Hava Qüvvələrində çalışan Adam B. Lowther adlı şəxsin "New York Times" qəzeti üçün qələmə aldığı məqalədə belə deyilir.
Məqalə müəllifinin fikrinə görə, hazırkı mərhələdə İranın yaratdığı nüvə təhdidinin necə olmasını müzakirə etmək yox, mövcud planı dəyişdirmək lazımdır. Belə ki, İranın dünən Beynəlxalq Atom Enerjisi Təşkilatına (MAQATE) əlindəki uranı zənginləşdirmə dərəcəsini yüksəldəcəyini bildirməsi, Vaşinqtonun İslam Respublikasına qarşı addımlarının heç bir nəticə vermədiyini ortaya çıxardı. Lowther hesab edir ki, İranın nüvə bombası yaradacağı ehtimalı ABŞ üçün bəzi üstünlüklər verir və bunları beş maddədən ibarətdir:
I. İranın nüvə silahı yaratması, "Əl-Qaidə" kimi terrorçu qrupları məğlub etmək üçün ABŞ-a fürsət verir.
İranın nüvə silahına sahib olması əvvəlcə ABŞ üçün deyil, qonşuları üçün təhlükə yaradacaq. Vaşinqton, "Əl-Qaidə" kimi təşkilatları qızışdıran teokratik ərəb ölkələrini İranın nüvə silahına qarşı qoruması əvəzində, bu ölkələrdən iqtisadi, siyasi və ictimai sahədə islahat aparmalarını istəyə bilər.
Belə ki, Yaxın Şərqdəki teokratik rejimlər bu günə qədər neftdən gələn gəlirlərinə güvənərək dövlət quruluşlarını dəyişdirməyi qəbul etməyiblər. Ancaq İranın nüvə gücünə sahib olması yalnız regional prosesləri dəyişdirməyəcək, eyni zamanda ABŞ-ın bu ölkələrdən bəzi islahatlar tələb etməsini təmin edəcək.
II. Nüvə təhlükəsinə qarşı Yaxın Şərqin müdafiəçisinə çevriləcək ABŞ, Neft İxrac edən Ölkələr Birliyinə də (OPEK) fayda verə bilər. Belə ki, neftin istehsal çəkisi və qiymətlərinə nəzarət edən ABŞ, hər il milyardlarla dollar qənaət edə bilər.
İran təhlükəsi İsraili sülhə məcbur edə bilər
III. İsrail, İranın nüvə proqramı ilə bağlı özünü təhlükə altında hiss etdiyini dəfələrlə deyib. Fələstinlilər də Təl-Əvivin narahatlığını paylaşır, çünki İsrailə ediləcək nüvə hücumu onları da təhlükə altında qoyacaq. Tərəflərin bu ortaq qorxusu, illərdir dayanan Yaxın Şərq sülh danışıqlarını yenidən sürətləndirə bilər.
İsraillə fələstinlilər arasında sülhün əldə edilməsi, Tehranın İsrailə qarşı təhdidlərinin zəifləməsi və bölgədəki gərginliyin sona çatmasını da özü ilə gətirəcək.
IV. ABŞ-ın nüvə təhdidi altına girəcək Yaxın Şərq müttəfiqlərinə silah -sursat verməsi, təhsillə təmin etməsi həm mövcud ittifaqı inkişaf etdirəcək, həm də ABŞ-ın müdafiəetmə sənayesini sürətləndirəcək.
V. Son olaraq, ABŞ bölgədəki teokratik rejimlərə dollar axınının qarşısını ala bilər. Vaşinqton bunu yalnız neftin qiymətini aşağı salmaqla və silah ixracatını artıraraq deyil, təhlükəsizliyini təmin etdiyi ölkələrə bunun əvəzini ödətdirərək edəcək. Uzun zaman ABŞ-ın terrora qarşı mübarizədə qələbə çalması üçün, İraq və Əfqanıstandakı döyüşlərə axıtdığı milyardlarla dollardan qənaət etməsini təmin edəcək.
Digər tərəfdən İran kimi qeyri-sabit, ABŞ əleyhdarı olan bir rejimin nüvə döyüşü başlatması çox böyük mənfi nəticələr verəcəyi fikirini müdafiə edənlər də var. Ancaq Lowther hesab edir ki, bu risk çox kiçikdir.
Ekspertin fikrincə, İranın əlində nüvə silahının olması onun daha ehtiyatlı olmasına təsir edəcək. Belə ki, Sovet İttifaqı və ABŞ arasında 50 il davam edən qarşıdurma nüvə silahı təhlükəsinə görə "soyuq" müharibəyə çevrilib. Hazırda da İranın nüvə silahına sahib olması, eynilə Soyuq Müharibə dövründə Avropada olduğu kimi, regional dinamikaya səbəb olacaq. Səudiyyə Ərəbistanı və İraq, İranın qorxusu altında bölgədəki daha kiçik ölkələrlə əməkdaşlığa başayacaq.
Bundan sonra isə ABŞ-ın avropalı müttəfiqləri, hətta Çin və Rusiya bu şərtlər altında İranla qurduqları ticarət əlaqələrini bir daha nəzərdən keçirə bilərlər.
İran uran zənginləşdirmə proqramının amerikalıların ürəklərinə qorxu salacağını düşünə bilər. Əslində isə bu vəziyyət Yaxın Şərqdə ABŞ-ın nüfuzunun yenidən doğuşuna işarədir.

/ANSPress/

/AzeriMuslims/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!