Yaxın şərq » İraqda seçki kampaniyasına start verilib

İraqın Seçkilərin təşkili üzrə ali komissarlığı ölkədə parlament seçkilərinə hazırlıq üzrə seçki kampaniyasının bu gün başlanacağı barədə məlumat verib.

APA-nın RIA Novostiyə istinadən verdiyi məlumata görə, İraqda parlament seçkiləri mart ayında keçiriləcək.

İraq mətbuatı yazır ki, 16 xarici ölkədə yaşayan iraqlılar seçkilər günü namizədlərə səs verəcəklər. Bu ölkələr arasında 5 ərəb ölkəsi – Suriya, Livan, İordaniya, Misir və BƏƏ, həmçinin Türkiyə və İranın da adı var.

Adıçəkilən seçkilərə ABŞ və Avstraliyada da yaşayan iraqlılar qoşulacaqlar. Avropa qitəsində də İraqdakı seçkilərdə Avstriya, İsveç, Almaniya, Hollandiya, Danimarka, İngiltərə və Kanada yaşayan iraqlılar da iştirak edəcəklər.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!