Dünyada » İlham Əliyev ABŞ dövlət katibinin birinci müavini ilə görüşüb

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında fikir mubadiləsi aparılıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Münhendə ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq ilə görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mubadiləsi aparılıb.

Xatırladaq ki, ABŞ Dövlət Katibinin müavini Ceyms Steynberq Tiflisdə olarkən jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan dövlət başçısı ilə görüşündə Ermənistanda apardığı danışıqların nəticələri ilə bağlı müzakirələr aparacaq.

"Ermənistana səfərim zamanı prezidentlə Qarabağ münaqişəsi ilə bağlı çox geniş müzakirələrimiz oldu. Ordakı vəziyyəti müzakirə etdik. Mənim fikrimcə, hamı bunu qəbul edir ki, Qarabağda gərginliyin artmaması üçn ən yaxşı yol danışıqlar prosesinin davam etdirilməsi üçün hər iki tərəf arasında razılığın əldə olunmasıdır. Bizim də təmsil olunduğumuz ATƏT-in Minsk Qrupu həmsədrləri danışıqlar prosesində irəliləyiş əldə olunması üçün hər iki tərəfə yeni təkliflər irəli sürür",-deyə ABŞ dövlət katibinin müavini bildirib. /anspress/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!