Dünyada » Həzrəti Məhəmməd (s) növbəti dəfə təhqir olunub

Norveçdə nəşr olunan qəzet və "Facebook" səhifəsində İslam peyğəmbərinin karikatutrası yayılıb

Norveçdə nəşr olunan “Dagbladet” qəzeti ilk səhifəsində yasyımladığı karikatura ilə İslam peyğəmbəri Hz. Məhəmmədi (Ə.S.) təhqir edib. Qəzet karikaturanı ölkədə məxfi fəaliyyət göstərən təhlükəsizlik xidməti (PST) əməkdaşlarının "Facebook"da açılmış fanklub səhifəsindən götürüb. Ölkədə yaşayan müsəlmalar hadisəyə kəskin reaksiya bildirib, bir çox insan isə baş verənləri provokasiya kimi qiymətləndirib.

Norveç İslam Şurası (IRN) yazılı bir açıqlama ilə "Facebook" fanklub səhifəsində bu karikaturanın yayılmasına izn verən PST-ni və bunu manşetdə xəbər kimi verən “Dagbladet” qəzetini pisləyib.

PST mətbuat mərkəzi isə fan səhifəsindən bu karikaturanı yayan şəxsin qurumun xaricindən bir nəfər olduğunu, karikaturanın isə fərq olunduğu zaman yığışdırıldığını deyib. /anspress/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!