Dünyada » Əfqanıstanda möhtəşəm hərbi əməliyyat hazırlanır

ABŞ, NATO və beynəlxalq koalisiya qüvvələri Əfqanıstanda möhtəşəm hərbi əməliyyata hazırlaşırlar.

APA-nın vesti.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Kabulda keçirdiyi mətbuat konfransında koalisiya qüvvələrinin nümayəndəsi, briqada generalı Erik Trembley bildirib.

Onun sözlərinə görə, nəzərdə tutulmuş əməliyyat 2001-ci ildə koalisiya qüvvələrinin Əfqanıstana daxil olmasından bu günə qədər ən iri miqyaslı əməliyyat olacaq.

Əfqanıstanın milli qüvvələri və onun tərəfdaşı olaraq koalisiya qüvvələri Gilmənd əyalətinin mərkəzində əməliyyat keçirərək, yaraqlıların əhaliyə təsir imkanından məhrum etmək və ölkə hökumətinə ərazini nəzarətinə almağa yardım etmək istəyirik.

Əməliyyatın miqyasından danışan Trembley bildirib ki, ümumilikdə min nəfərə yaxın polis əməkdaşlarının, bir neçə min nəfərə Əfqanıstan ordusu əsgərlərinin və minlərlə koalisiya qüvvələri əsgərlərinin iştirakı nəzərdə tutulub.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!