Yaxın şərq » Suriya prezidenti: İsrail Yaxın Şərqi müharibəyə təhrik edir

Bu barədə prezident çərşənbə axşamı Dəməşqdə İspaniyanın xarici işlər naziri Migel Moratinosla görüşündə bildirib.

Suriya prezidenti Bəşər Əsəd hesab edir ki, İsrail "Yaxın şərqi müharibəyə təhrik edir". APA-nın vesti.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə prezident çərşənbə axşamı Dəməşqdə İspaniyanın xarici işlər naziri Migel Moratinosla görüşündə bildirib.

Qeyd edək ki, M.Moratinos «Suriya, Livan və Fələstin istiqamətlərində danışıqların bərpası məqsədilə» bu regionda səfərdədir.

B.Əsədin sözlərinə görə, «bütün faktlar sübut edir ki, sülhməramlı addımlara qarşı addımlar atmaqdansa, İsrail münaqişəyə hazırlıq görülür».

Suriya xarici işlər naziri Valid Müəllim M.Moratinosla birgə mətbuat konfransında bildirib ki, İsrailə "Suriyanın hərbi qüdrətini sınağa çəkməməyi" məsləhət görür.

Onun sözlərinə görə, Dəməşq «təcavüzün adi hal olduğu bir dövlətlən hər şey gözləyir». Lakin müəllim bildirib ki, «indi zaman dəyişib və hərbi əməliyyatlar başlanarsa, döyüşlər İsrail şəhərlərinə çatacaq».

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!