Klintonun söylədiklərini cavab kimi
də dəyərləndirmək olar. Belə ki, İslam Respublikasının dini lideri
Seyyid Əli Xamenei daha öncə Tehranda verdiyi açıqlamada ABŞ prezidenti
Barak Obamanı Corc Buşun yanlış siyasətini davam etdiməkdə
günahlandırmışdı.
Misirdə təşkil edilən Qəzzaya yardım konfransında iştirak edən ABŞ-ın Dövlət katibi bildirib ki, bir çox ərəb və Yaxın Şərq dövlətlərinin başçıları ilə görüşləri zamanı İrandan şikayətlər daxil olub.
Klinton bildirib ki, bu ölkənin HƏMAS və «Hizbullah» kimi təşkilatlara dəstək verməsi regionda sülhün bərqərar olmasını əngəlləyir.
Təəssüf ki, xanım siyasətçi ABŞ-ın İsrailə dəstəyinin bölgədə vəziyyəti nə dərəcədə gərginləşdirməsindən söz açmayıb.