Yaxın şərq » İraqlılar Ayətullah Sistaninin müdafiəsinə qalxdılar

İslam-Azeri.az internet qəzetinin İraq mətbuatına istinadən verdiyi xəbərə görə vəhabi müftilərinin İraqın ən böyük mərcei təqlid müctehidi olan Ayətullah Seyyid Sistaniyə qarşı hörmətsizliyinə Kərbəla və Nəcəf şəhərində böyük etirazlar başlayıb.

Etirazçılar İraq hökümətindən Səudiyyə hökümətinə qarşı təzyiqlərin edilməsini tələb ediblər.

Aksiyaların başlamasından bir neçə dəqiqə sonra artıq İraq höküməti Səudiyyə Ərəbistanına rəsmi formada etirazını bildirib.

İraq prezidenti Cəlal Təlabani və İraqın baş naziri Nuri Əl Maliki Səudiyyə rəsmilərinə məktubla müraciət edərək Ayətullah Sistaninin imicinə zərbə vura biləcək ifadələrdən çəkinməyi tələb edib.

Nuri Əl Maliki bu gün Ayətullah Sistanini ziyarət etdikdən sonra mətbuata açıqlama verib: "Səudiyyə Ərəbistanındakı bəzi üzdəniraq "muftilər" İslam ümmətinin düşmənlərinin xeyrinə olan çıxışlar etmiş və fətvalar vermişlər. Krallıq hakimiyyəti bu cür şeylərə imkan verməməlidir".

Qeyd edək ki, bir müddət əvvəl Səudiyyədə cümə namazının xətibi Məhəmməd Arifi Ayətullah Sistaniyə qarşı bəzi nalayiq ifadələr işlətmişdi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!