Orta şərq » Obama aldanmamalıdır

ABŞ prezidenti Barak Obama İİR ilə düşmən olan qrupların əsassız informasiyalarına aldanmamalıdır.

İRİB-Azərinin verdiyi xəbərə görə, İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-leytenant Seyid Həsən Firuzabadi belə bir bəyanatla çıxış edib.
İranlı generalın sözlərin görə, Amerikanın yeni hakimiyyət strukturunda təsir nüfuzuna malik şəxslər Obamanın dəyişikliyin edilməsi ilə bağlı şüarını neytrallaşdırmağa nail oldular.
Firuzabadi qeyd edib: Obama administrasiyasının dəyişiklilə bağlı səyləri, həmçinin verdiyi şüarlara baxmayaraq, buna aid əsas göstəricilər görülmür. Qədim siyasətlər yerində olduğu kimi qalmaqla bərabər hətta təkid də olunur.
İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi bunu da sözlərinə əlavə edib: Görünür ki , ABŞ prezidenti Barak Obama əxlaq və vicdan baxımından çaş-baş vəziyyətdə qalıb.
Ona görə də yaxşı olar ki, Obama Amerika xalqının barəsində düşünsün. O, artıq sionist və kapitalistlərin onun üçün şölələndirdikləri atəşdə yanıb məhv olmaması barədə düşünməlidir. O, hakimiyyətə gəldiyi gündən verdiyi şüarların üzərində dayanmalı, Amerikada aztəminatlı insanların məişətinin yaxşılaşdırması istiqamətindəki dəyişiklikləri bu ölkə xalqının yardımı ilə gündəliklərində yer verməlidir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!