Analitika və müsahibə » Qərbin qara üzü

Fransa iqtidarı inanc azadlıqlarını məhdudlaşdırır. Böyük bir müsəlman əhaliyə sahib olan ölkədə çarşabın bəzi ictimai sahələrə girməsinə qanuni maneə gətirilməsi planlanır.

İsra.Az saytıının xəbərinə görə, Fransada iqtidarda olan Xalq Hərəkəti Birliyinin (UMP) Məclis qrupunun açıqlamasına görə, üzü tamamilə bağlayan geyimin cəmiyyətə aid yerlərdə qadağan edilməsi üçün qanun təklifi təqdim ediləcəyi bildirildi.

İqtidar partiyasının qrup başçısı Jean-François Cope, qanun təklifini, cəmiyyət nizamını təmin etmək səbəbiylə təqdim edəcəklərini açıqladı.

Qanun təklifi, karnaval və soyuq hava şərtləri kimi vəziyyətlərdə imtiyaz tanınmasını nəzərdə tutur. Təklif, ”hüquqi qayğılar üzündən və ayrı-seçkilikçiliyə gətirib çıxarmaması üçün” çarşab qadağanı şəklində ifadə edilməyəcək.

Fransız parlamentində çarşab geyimiylə əlaqədar yaradılan araşdırma komissiyası, İyul ayından bu yana davam etdirdiyi görüşlərini keçən həftə tamamlamışdı.

Komissiya, mövzuyla əlaqədar hesabatını Yanvar ayının sonunda parlamentə təqdim edəcək.

Fransız mətbuatı, ”hökumətin çarşabı tamamilə qadağan etmək yerinə, yalnız bəzi cəmiyyət binalarında qadağan etməklə kifayətlənmək istədiyi”ni açıqlayır.

Mətbuat, Avropa İnsan Haqqları Müqaviləsinin ifadə azadlığı ilə əlaqədar maddəsi üzündən hökumətin çarşabı tamamilə qadağan etməkdən çəkindiyini, bunun yerinə yalnız bəzi cəmiyyət binalarında qadağan etmə yoluna gedəcəyini ifadə edir.

Qadağanın, təhlükəsizlik səbəbiylə yalnız bələdiyyə binaları və polis bölmələri kimi yerlərlə məhdud qala biləcəyi, universitetlər, küçələr və kütləvi nəqliyyata vasitələrinin bundan azad tutula biləcəyi ifadə edilir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!