Dünyada » Məhkəmə ABŞ qoşunlarına qarşı döyüşlərdə iştirak edən Azərbaycan vətəndaşlarının cəzasını azaldıb

Hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə məhkumların şikayətini qismən təmin edib

APA-nın verdiyi xəbərə görə, Şirvan Apellyasiya Məhkəməsində Pakistanda və Əfqanıstanda qanunsuz silahlı birləşmələrdə ABŞ və ona müttəfiq olan qoşunlara qarşı döyüşlərdə iştirak edən 13 Azərbaycan vətəndaşının cinayət işi üzrə apellyasiya şikayətinə baxılıb. Hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə məhkumların şikayətini qismən təmin edib. Məhkəmənin qərarı ilə məhkumlardan yalnız Kəngərli Araz Ayrım oğlunun və İsayev Telman Səfa oğlunun hökmü dəyişdirilib. Onların hər birinin cəzası 1 il 6 aya endirilib. 

Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 2009-cu il 12 oktyabr tarixli hökmü ilə təqsirləndirilənlər Şakir Xanbutov 1 il 6 ay, Araz Kəngərli 2 il 6 ay, Telman İsayev 2 il 6 ay, Tural Sultanov 2 il, Cahangir Bağırov, Əyyub Zeynalov, Seymur Əhədov, Emil Mirzəyev, Ceyhun Sadıqov, Şahin Muxtarov, Kəbir Vəlibəyov, Rövşən Paşayev və Vüqar Xəlilov 6 ay müddətinə azadlıqdan məhrum edilmişdilər. V. Xəlilov istisna olmaqla, 6 ay müddətinə azadlıqdan məhrum edilən şəxslər cəza müddətləri başa çatdığı üçün məhkəmə zalından azadlığa buraxılıb. V. Xəlilovun isə 6 aylıq cəza müddəti başa çatandan sonra oktyabrın 29-da azad edilib.

Təqsirləndirilənlər Azərbaycan Cinayət Məcəlləsinin 12.1-ci (Cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi,',0), 279.1-ci (qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə,',0), 318.1-ci (mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə,',0), 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham olunublar.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!