Yaxın şərq » İran əsgərlərinin İraqa daxil olması haqda xəbərlər təsdiqlənib

İran əsgərlərinin İraq sərhədlərindəki bir neft quyusunu ələ keçirdikləri haqda xəbərlər artıq İraq hökuməti tərəfindən təsdiqlənib.

Qeyd edək ki, əvəlcə, İraqın Daxili İşlər nazirinin müşaviri bu barədəki xəbərləri təkzib etsə də sonradan əsgərlərin, həqiqətən də İraq ərazisinə daxil olmaları xəbərini qtəsdiqləmişdi. 

Məsələ ilə bağlı açıqlama verən müşavir Əhməd əl-Həfəci 11 iranlı əsgərin İraq-İran sərhəddindən keçərək ölkənin cənubundakı mübahisəli neft quyusunun nəzarətini ələ keçirdiklərini bildirib. O, İran bayrağını daşıyan əsgərlərin hələ də ərazidə olduqlarını, İraq hökumətindən isə bu haqda heç bir məlumat verilmədiyini deyib.  

/dunyabulteni/ 

/azerimuslims/ 


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!