Bu ilin sonunda Bakıda fəaliyyət göstərən marşrut avtobuslarında bilet sisteminin tətbiqi nəzərdə tutulur.«APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Nəqliyyat Nazirliyi «Avtonəqliyyatservis» Departamentinin rəisi Çingiz Baxişev bildirib.
Ç.Baxışevın sözlərinə görə, marşrutlarda bilet sisteminin tətbiqi «Bakıda nəqliyyatın intellektual idarəetmə sistemi layihəsi» çərçivəsində həyata keçiriləcək.
Bundan başqa, Ç.Baxşıyev qeyd edib ki, hazırda Azərbaycaqda 250-300 şirkət marşrut avtobusları biznesi ilə məşğul olur: «Cari ilin əvvəlindən departament tərəfindən marşrut avtobusları və taksi biznesində fəaliyyət göstərilməsi üçün hüquqi və fiziki şəxslərə təxminən 1 000 lisenziya verilib».