Orta şərq » “Fələstini müdafiə etmək dini əmrdir” - Ayətullah Xameneyi

İranın ali dini lideri Fələstinin qurtuluşunun müqavimət və mübarizədən keçdiyini bildirib

Ayətullah Xameneyi HƏMAS-ın siyasi bürosunun şefi Xalid Məşəllə görüşündə Fələstin məsələsinin İranın da problemi olduğunu bildirərək, Fələstin xalqını dəstəkləməni dinin əmri hesab etdiyini deyib.
“Bütün çətinliklərə, işğala, zülmə və törədilən soyqırımına baxmayaraq, Fələstin xalqının gələcəyini parlaq görürük. Bu, Allahın həyata keçirəcəyi və qəti olan vədidir. İran İslam Respublikası Fələstin xalqını dəstəkləməni dini öhdəlik hesab edir. Biz Fələstini daim dəstəkləyəcəyik və heç bir vaxt geri addım atmayacağıq”, - deyə İranın ali dini lideri bildirib.
Ayətullah Xameneyi görüşdə HƏMAS-ın təzyiq, hədə və siyasi intriqalar qarşısındakı müqavimətini təqdirlə qarşıladıqlarını qeyd edib.
Xalid Məşəl isə keçirilən mətbuat konfransında İsraili ortaq düşmən adlandıraraq, Fələstinin 90 ildir ki, İsrail işğalına qarşı mübarizə apadığını vurğulayıb.
/azerimuslims/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!