![](/up/news/article/thumb_esgerler.jpg)
Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi bu barədə yayılan xəbərləri təsdiqləyib.
Türkiyə mətbuatının yazdığına görə, KƏŞ-in Baş katibi Əbdürrəhman əl-Atiyə körfəz ölkələrinin təhlükəsizliyi ilə bağlı problem yaranacağı təqdirdə hadisələrə dərhal müdaxilə edə biləcək müştərək gücün yaradılması barədə razılıq əldə olunduğunu bildirib.
Baş katib məsələ ilə bağlı açıqlamasında yaradılacaq ortaq hərbi gücün Yəməndəki üsyankar husi silahlılarının Səudiyyə Ərəbistanına sızması hallarının qarşısının alınmasında da iştirakını istisna etməyib.
Məlumat üçün bildirək ki, KƏŞ-ə ABŞ ilə müttəfiq olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt və Oman daxildir.
/haberturk/
/azerimuslims/