Yaxın şərq » İsrail Avropa Parlamentinin deputatlarını Qəzzaya buraxmayıb
Avropa Parlamenti (AP) rəsmi Təl-Əvivdən insidentlə bağlı açıqlama tələb edib.“İnterfaks” informasiya agentliyinin məlumatına görə İsrail tərəfi əvvəlcə AP nümayəndə heyətinin Qəzaya girişinə icazə versə də bir neçə saat sonra “təhlükəsizlik” səbəbilə bu qərarından vaz keçib. Məlumatda İsrail tərəfinin belə bir addım atmasına Avropa Birliyi (AB) Xarici İşlər nazirlərinin 1967-ci il sərhədləri daxilində paytaxtı Qüdsün şərq hissəsi olan Fələstin dövlətinin yaradılmasına yaşıl işıq yandırması ilə bağlı qərarın səbəb olduğu bildirilib. yaradılmasını təsdiq edən təsdiq edən bəyənnamənin qəbul edilməsindən bir neçə saat sonra baş verib. Qəzzaya səfər etmək istəyən AP nümayəndə heyətinin üzvləri İngiltərədən, Almaniyadan, Yunanıstandan, İrlandiyadan, İtaliyadan, Kipr və Fransadan olan deputatlar idi.

Xatırladaq ki, AB Xarici İşlər nazirlərinin çərşənbə axşamı günü keçirilən toplantısında Qüdsün həm İsrailin, həm də Fələstinin paytaxtı kimi tanınması ilə bağlı qərar qəbul edilmişdi.

/islamnews/

/AzeriMuslims/ 


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!