Analitika və müsahibə » Bakıda 31 mart soyqırım günü ilə bağlı aksiya keçirilib
Füzuli meydanından başlanana aksiya İstiqlaliyyət küçəsinə - Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasına qədər davam edib. “İRƏLİ” İctimai Birliyi və “Azərbaycan Dövlət televiziya və radio verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşəbbüsü ilə Bakıda 31 mart soyqırım günü ilə bağlı aksiya keçirilib. “İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Füzuli meydanından başlanana aksiya İstiqlaliyyət küçəsinə - Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasına qədər davam edib. Tədbirdə soyqırımı gününə həsr olunan divar kağızları nümayiş etdirilib. Aksiyada qeyd olunub ki, 1918-ci ilin 31 martında Azərbaycanın dinc əhalisi ermənilər tərəfindən soyqırıma məruz qalıb, çoxlu sayda məktəblər, mədəniyyət ocaqları, milli memarlıq abidələri dağıdılıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!