![](/up/news/article/thumb_erdogan_2.jpg)
Obamanın erməni soyqırımı iddiaları ilə bağlı fikrini dəyişməməsi ilə əlaqədar suala cavabında Ərdoğan xatırladıb ki, erməni həmkarına məktub yazaraq 1915-ci il hadisələri ilə bağlı ortaq tarix komissiyası yaradılması və arxivləri açmağı təklif edib.
''Lobbiçiliklə mən belə düşünürəm demək olmaz. Mənim əcdadım soyqırım etməyib, etməz də'', deyə Ərdoğan vurğulayıb. Əhalinin köçürülməsi ilə bağlı açıq və dəqiq sənədlər olduğunu deyən Ərdoğan, o zamankı rəhbərliyin verdiyi qərarlar çərçivəsində köçürülmə əsnasında təhlükəsizlik tədbirləri görüldüyünü və bu sənədləri şəxsən gördüyünü açıqlayıb. Ərdoğan, soyqırım iddialarının hansı dəlilə söykəndiyini anlamanın mümkün olmadığını vurğulayıb. /anspress/