Yaxın şərq » Haham Rişkin: “Düşmənlərin suyuna zəhər qatmaq olar.”
Daha əvvəl uşaqların öldürülməsinə fitva verən hahamlar bu dəfə isə fələstinlilərin sularına zəhər qatmağın mümkünlüyü barədə fitva veriblərİsraildə dərc edilən “Mariv” qəzetində bu haqda məlumat verilib. İsrail Dini-hərbi İnstitutunun direktoru haham Şalomo Riskin Qərbi Şəriənin şimalında yerləşən Krinih Şomron yaşayış məntəqəsindəkı hərbi məktəbdə şagirdlərə fələstinlilərə məxsus zeytunları oğurlamağın və onlara məxsus su quyularına zəhər atmağın günah olmadığını deyib. Sözgedən qəzet bu halın fanat yəhudilərin ordunu ələ keçirmə planlarından biri kimi xarakterizə edib. “Fanat yəhudilər son vaxtlar təkcə orduya deyil, həm də Ümumi Təhlükəsizlik Xidməti ŞABAK-a sızıb, onu ələ keçirməyin vacib olduğunu başa düşüblər. Çünki bu təşkilat İsrail hökumətində mühüm qərarlar verən şəxslər üzərində böyük təsirə malikdir.
İsrailin Kəşfiyyat İdarəsinin keçmiş sədri Yakob Biri də ordudakı əsgərlərin böyük bir hissəsinin fanat qruplara mənsub olduqlarını deyir.
“Adının açıqlanmasını istəməyən ŞABAK-ın hazırkı sədrinin müavini də fanat qruplara mənsubdur ” – “Mariv” qəzetində məlumat verilib.