Orta şərq » İrandan İsveçrəyə xəbərdarlıq
İranın xarici işlər naziri Mənuçöhr Müttəki İsveçrədə minarələrin inşasına qoyulan qadağa ilə bağlı isveçrəli həmkarı Mişelin Kalmi-Reylə telefon danışığı aparıb. O telefon söhbəti zamanı bu hərəkəti pisləyərək, Avropa hökumətlərinin islama qarşı mübarizə layihələrinin pis nəticələrlə nəticələnə biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə Trend News İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat yayıb.

Müttəki bildirib ki, İsveçrənin atdığı bu addım demokratiya haqqında hamıdan çox danışan və onu başqalarına nümunə göstərən ölkəyə yaraşmır, İsveçrənin nüfuzuna dünya müsəlmanları arasında xələl gətirir "İranın din xadimləri və xalq Qərb ölkələrinin müsəlmanlara qarşı bu hərəkətlərindən narahatdır. Dözümlülük, dialoq və dini dəyərlərə ehtiram kimi məsələlər referenduma çıxarılmamalıdır", - Müttəki deyib.

Noyabrın 29-da İsveçrədə minarələrin tikintisini qadağan edilməsinə münasibət bildirmək üçün referendum keçirilib. Məscidlərdə müsəlmanları ibadətə səsləyən minarələrin tikintisinin qadağan edilməsi təşəbbüsünü ultrasağçı Xalq Partiyası irəli sürüb. Bu partiya İsveçrə Parlamentinin fraksiyalarının birində üstünlük təşkil edir. İdeyanın təşəbbüsçüləri hesab edirlər ki, minarələr şəriətin simvoludur və bu da İsveçrə demokratiyası ilə bir araya sığmır.

TREND

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!