Yaxın şərq » Zəvvarların avtobusu partladıldı
Hadisə nəticəsində üç nəfər həlak olubSuriyanın paytaxtı Dəməşqdə içərisində iranlı zəvvarların olduğu avtobus partlayıb. Partlayış İrana məxsus avtobusun texniki baxış stansiyasında olarkən baş verib. Suriyanın daxili işlər naziri Səid Samurun verdiyi məlumata görə, hadisə nəticəsində üç nəfər həlak olub. Onlardan biri avtobusun sürücüsü, digər iki nəfər isə stansiyanın işçiləridir.

Hadisə qurbanlarının Həzrəti Zeynəb türbəsini ziyarət edən iranlıların olduğu deyilir.

Suriyalı nazir araşdırma zamanı partlayıcı maddə və terror aktı ilə bağlı heç bir dəlil tapılmadığını bildirib.

Qeyri-rəsmi məlumatlara görə, partlayış nəticəsində ən azı 6 nəfər həlak olub. /anspress/


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!